Əsas Səhifə > Hadisə > Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.
Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.2-02-2024, 09:19 |
Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. Şəffaflıq.az -ın məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər. Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq. Geri qayıt |