Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Türkiyə ilə Amerikanın “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.
ABŞ Türkiyə ilə Amerikanın “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.31-01-2024, 23:41 |
ABŞ Türkiyə ilə Amerikanın “F-35” qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir. Şəffaflıq.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. “Biz F-35 proqramının Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə rəsmi bildirib. Geri qayıt |