Əsas Səhifə > MILLI MƏCLİS > Sabahdan - fevralın 1-dən Milli Məclisin yaz sessiyası başlayır.
Sabahdan - fevralın 1-dən Milli Məclisin yaz sessiyası başlayır.31-01-2024, 09:56 |
Sabahdan - fevralın 1-dən Milli Məclisin yaz sessiyası başlayır. Şəffaflıq.az-ın məlumatına görə, qanunverici orqanın daxili nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi; 2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi; 3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi; 4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi; 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 9. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Qeyd edək ki, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir. Geri qayıt |