Əsas Səhifə > XARİCİ XƏBƏR > Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək
Vladimir Putin fevral ayında Türkiyəyə səfər edəcək29-01-2024, 17:02 |
Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib. “Bəli, səfərə hazırlıq görülür”, - o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib. Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı. Şəffaflıq.az Geri qayıt |