Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiyada zəlzələ qurbanlarının sayı 236 nəfərə çatıb
Yaponiyada zəlzələ qurbanlarının sayı 236 nəfərə çatıb28-01-2024, 10:43 |
Yanvarın ilk həftəsində Yaponiyada baş verən bir neçə zəlzələdə ölənlərin sayı 236 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsikava prefekturasının rəhbərliyi məlumat yayıb. Qeyd edilir ki, zəlzələlərdə yaralanan 1 178 nəfərin müalicəsi davam edir. Təbii fəlakət zamanı 43 min 380 bina zərər çəkib. Hazırda 14 mindən çox insan 490 təxliyyə məntəqəsində qalır, 3 min 500 ev elektrik enerjisindən məhrum olub, Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib. Geri qayıt |