Əsas Səhifə > XARİCİ XƏBƏR > Benyamin Netanyahu: "İsrail HƏMAS-ı məhv edəcək"
Benyamin Netanyahu: "İsrail HƏMAS-ı məhv edəcək"28-01-2024, 00:00 |
İsrail Fələstinin HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır, bundan sonra Qəzza zolağına nəzarət texnokratlara keçə bilər. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “HƏMAS-ın rəhbərliyini öhdəlik götürdüyümüz kimi məhv edəcəyik”, - Netanyahu bildirib. Baş nazirin sözlərinə görə, HƏMAS-ın inzibati və hərbi strukturunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını minimuma endirməlidir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb. Geri qayıt |