Əsas Səhifə > MEDİA > MEDİA-da maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib

MEDİA-da maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib


25-01-2024, 20:12


Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2024-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.

Bu barədə  Agentlikdən məlumat verilib.

Əhməd İsmayılov qeyd edib ki, maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir və bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir. Vurğulanıb ki, maliyyə yardımı göstərilən veb-saytların infrastrukturu gücləndirilməli, dil imkanları genişləndirilməli, təhlükəsizliyi tam təmin edilməlidir.

Görüş zamanı onlayn media subyektlərinin rəhbərləri tərəfindən bildirilib ki, ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemləri həll edilib, bir sıra veb-saytlar tamamilə yeni tərtibata keçib, habelə müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin nizama salınması təmin olunub.

Görüş mövzu ətrafında müzakirələrlə davam edib.

Şəffaflıq.az


Geri qayıt