Əsas Səhifə > Gündəm > NASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladı

NASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladı


19-11-2019, 14:20
 NASA Yer kürəsinə yaxınlaşan asteroidin olduğunu açıqlayıb. Açıqlamaya görə, asteroidin gedişində pozuntu olmasa, o, 2022-ci ildə Yer kürəsinə çırpılacaq.
Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, PJF1 adı verilən göy cismi Misirdəki Xeops ehramı böyüklüyündədir.
2022-ci ilin 6 may tarixində Yer kürəsinə ən yaxın mövqedə olacağı gözlənilən asteroidin zərbə anında 230 kilotonluq bir atom enerjisinə bərabər dağıntı törədəcəyi gözlənilir. Bu isə Xirosimaya atılan atom bombasının 15 qatı qədərdir.
Mütəxəssislər belə fəlakət olacağı halda bir şəhərin Yer üzündən silinəcəyini, milyonlarla insanın həlak olacağını ehtimal edirlər.
Haqqında danışılan asteroidin konkret olaraq hansı ölkə ərazisinə düşəcəyi haqqında hələlik heç bir məlumat yoxdur.
Geri qayıt