Əsas Səhifə > REGİON > Hakan Fidan avstriyalı həmkarı ilə görüşüb
Hakan Fidan avstriyalı həmkarı ilə görüşüb23-01-2024, 23:59 |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Nyu-York şəhərində avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında qeyd edilib. Görüş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasından əvvəl baş tutub. Qeyd edək ki, BMT TŞ Qəzzadakı hadisələri müzakirə etmək üçün bir çox ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli iclas keçirəcək. Geri qayıt |