Əsas Səhifə > REGİON > Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.


23-01-2024, 09:34


Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.

Şəffaflıq.az  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə, Qazaxıstan və Qırğızıstan sərhədində olub.

Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.


Geri qayıt