Əsas Səhifə > MEDİA > Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib
Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib19-01-2024, 12:34 |
Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib. Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Caspium Group" MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, "Metronet" MMC-yə, "Albax TV" MMC-yə, "Şam" MMC-yə, "Real Telecom" MMC-yə, "RA Technologies" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə "İzone" MMC-yə və "Startelekom" MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib. Ümumilikdə 9 hüquqi şəxsin lisenziyası ləğv edilib. Bununla da hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir: 11 ümumölkə yerüstü televiziya redaksiyası; Geri qayıt |