Əsas Səhifə > Hadisə > Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”


18-11-2019, 19:33

 

Bakıda "Şahənşah" restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub.

Şəffaflıq.az xəbər verir ki, toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədovun Oxu.az-a dediyinə görə, toyda 50 nəfərə yaxın adam zəhərlənib:

"Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik.

Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib."

E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var:

"Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, "bizdə qidadan zəhərlənmə ola bilməz." Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam."

Qeyd edək ki, toy noyarın 13-ü "Şahənşah" şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.
Geri qayıt