Əsas Səhifə > Hadisə > Sumqayıt Tibb Kollecinin yataqxanası yanır
Sumqayıt Tibb Kollecinin yataqxanası yanır17-01-2024, 23:52 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. Şəffaflıq.az Geri qayıt |