Əsas Səhifə > XARİCİ XƏBƏR > SEPAH polkovniki Pakistan sərhədi yaxınlığında silahlı hücumda həlak olub

SEPAH polkovniki Pakistan sərhədi yaxınlığında silahlı hücumda həlak olub


17-01-2024, 22:10


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Hüseynəli Cavidanfər Pakistanla sərhədə yaxın ərazidə silahlıların hücumu nəticəsində həlak olub.

 Şəffaflıq.az  xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, polkovnik silahlılar tərəfindən güllələnib.

İRNA həmçinin bildirib ki, hücumu törədənlərin müəyyən edilməsi üçün tədbirlər görülür.


Geri qayıt