Əsas Səhifə > Kriminal > Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi18-11-2019, 19:29 |
“Bakupress” informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər. Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib. Geri qayıt |