Əsas Səhifə > FUTBOL > Azərbaycan millisinin hücumçusu “Kocaelispor”a qoşulub
Azərbaycan millisinin hücumçusu “Kocaelispor”a qoşulub17-01-2024, 15:04 |
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub. “Report”un yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb. O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb. Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, XIX turun “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Şəffaflıq.az Geri qayıt |