Əsas Səhifə > Dünya > Makronla Putin Ukraynadakı vəziyyəti müzakirə etdilər

Makronla Putin Ukraynadakı vəziyyəti müzakirə etdilər


18-11-2019, 19:22

 

Fransa və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Dekabrın 9-da Parisdə keçirilməsi planlaşdırılan "Normandiya formatı" sammitinə hazırlıqları nəzərə alaraq liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf vurğulayıb ki, belə bir görüşün keçirilməsi həqiqətən də Minsk razılaşmasının sürətli və tam icrasına töhfə verməlidir", - Kremlin mətbuat xidmətindən bildirilib.

Vladimir Putin həmçinin fransalı həmkarına ötən ilin noyabrında Kerç boğazında saxlanılan üç hərbi gəminin Ukraynaya təhvil verilməsi barədə məlumat verib.
Geri qayıt