Əsas Səhifə > FUTBOL > Türkiyədə klub prezidentinin döydüyü hakim Superliqa oyununa təyinat alıb

Türkiyədə klub prezidentinin döydüyü hakim Superliqa oyununa təyinat alıb


12-01-2024, 13:59


Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler Superliqanın XX turuna təyinat alıb.

Şəffaflıq.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.

Yanvarın 14-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.


Geri qayıt