Əsas Səhifə > İdman > Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.


12-01-2024, 10:02


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Şəffaflıq.az -ın məlumatına görə, bu gün Azərbaycanın daha 6 idmançısı qüvvəsini sınayacaq.

Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın 3 üzvü xalça üzərinə çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq) və İslam Abbasov (87 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.

Qeyd edək ki, 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal qazanıblar.


Geri qayıt