Əsas Səhifə > XARİCİ XƏBƏR > Yunanıstanda zəlzələ baş verib
Yunanıstanda zəlzələ baş verib12-01-2024, 10:00 |
Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat daxil olmayıb. Şəffaflıq.az Geri qayıt |