Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ administrasiyasının baş müşaviri Beyrutda səfərdədir
ABŞ administrasiyasının baş müşaviri Beyrutda səfərdədir11-01-2024, 16:01 |
ABŞ administrasiyasının xüsusi emissarı, enerji təhlükəsizliyi üzrə baş müşavir Amos Hoxşteyn (Amos Hochstein) yanvarın 11-də Livanın paytaxtı Beyruta səfər edib. Şəffaflıq.az xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb. Bildirilib ki, o, İsrail-“Hizbullah” qarşıdurması nəticəsində yaranan gərginliyin azaldılması, Livanla yəhudi dövləti arasında sərhədlərin demarkasiyasına dair məsləhətləşmələri davam etdirəcək. Xatırladaq ki, yanvarın 9-da Beyrutda nəşr olunan, “Hizbullah” terror qruplaşması ilə əlaqəsi olan “Əl-Əxbar” qəzeti Livanın İsraillə danışıqlardakı şərtlərinin siyahısını dərc etmişdi. Bu hərbi-siyasi qruplaşma danışıqların yalnız Qəzza zolağında atəşkəsdən sonra mümkün olacağını vurğulamışdı. Şərtlərə əsasən, Livan Ras əl-Nakura bölgəsindəki B1 bəndi məsələsinin həllini tələb edir ki, bu da sahil zolağında “şarj xətti” adlanan ərazinin suverenliyi məsələlərində dəyişiklik tələb edir. Bundan başqa, qarşı tərəf İsraildən qeyri-aktiv Roş a-Nikra dəmiryolu tunelinin Livana verilməsini istəyir. Şərtlərə görə, İsrail sərhəd rolunu oynayan "mavi xətti" keçməməyi öhdəsinə götürməlidir.“Report” Geri qayıt |