Əsas Səhifə > İnfrastruktur > Bakı metrosu dekabrda 21 milyondan çox sərnişin daşıyıb

Bakı metrosu dekabrda 21 milyondan çox sərnişin daşıyıb


10-01-2024, 12:41


2023-cü ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 544 min 830-u güzəştli olmaqla, 21 milyon 249 min 687 sərnişin daşıyıb.

Bu barədə  sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu, orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin deməkdir. Ay ərzindəki iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.

Ən çox sərnişin 804 min 556 nəfər olmaqla dekabrın 4-də, ən az sərnişin isə 378 min 605 nəfər olmaqla dekabrın 17-də daşınıb.

Postpandemiya dövründə sərnişin sayının əsaslı şəkildə artmağa başladığı, 3-cü rüb ərzində orta statistik hesabla gündəlik 681 min 104 sərnişin metropolitenin daşıma xidmətindən yararlanıb.

“Əlçatan metro” layihəsi üzrə dekabr ayı ərzində 81 sifariş daxil olub və hamısı icra edilib. Bu layihə 2019-cu ilin martından icra olunur, bu və digər səbəbdən metropolitendən istifadə imkanı məhdud olan sərnişinlərin müşayiəti məqsədi daşıyır.

Həmçinin Bakı metropoliteni 2024-cü ilin Yeni il bayramı gecəsi - yanvarın 1-ə keçən gecə şəhər gəzintisində olanların, küçə və meydanlarda keçirilən şənliklərdə iştirak edənlərin və Dənizkənarı bulvarda atəşfəşanlığı izləyənlərin marağını nəzərə alaraq, iş rejimini daha bir saat uzatmışdı. Lakin sərnişin axını nəzərə alınaraq, gecə saat 02:00-dək bütün stansiyalar sərnişinlərin girişinə açıq saxlanılıb. Bayram gecəsi metropolitendə ciddi neqativ hallar müşahidə olunmayıb.

2022-ci ilin dekabr ayı ilə müqayisədə hesabat ayında 43 min 937 və yaxud 0,2 % az sərnişin daşınıb. 2019-cu ilin dekabrı ilə müqayisədə isə 2023-cü ilin son ayında sərnişinlərin sayı 6,9 % az olub. Bütün bunlara baxmayaraq 2023-cü ildə ən çox sərnişin dekabr ayında daşınıb.

Şəffaflıq.az


Geri qayıt