Əsas Səhifə > REGİON > Bloqer buna görə istintaqa verilə bilər
Bloqer buna görə istintaqa verilə bilər9-01-2024, 23:55 |
Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina rusiyalı bloqer Sergey Kosenko ilə bağlı İstintaq Komitəsinə müraciət etmək niyyətindədir. Şəffaflıq.az oxu.az-a istinadən bildirir ki, buna səbəb bloqerin iki aylıq oğlunu qalın qar topasının içinə atmasıdır. Videonu Sergey Kosenkonun özü sosial şəbəkə hesabında paylaşıb. Kosenko iddia edib ki, həmin kadrlarda görüntülənən əslində oyuncaq olub, lakin internet istifadəçiləri ona inanmayıblar və körpənin gözlərini açdığını bildiriblər. Nina Ostanina öz növbəsində bəyan edib ki, hətta bloqerin qarın içinə atdığı oyuncaq olsa belə, bu hərəkəti ilə o, abunəçilərinə hannibal davranış modeli sərgiləyib. Ostanina psixoloqlara istinad edərək vurğulayıb ki, belə hərəkətlər ciddi şəkildə şüuraltında həkk olunur. "Kosenkonun hərəkətini nəinki mənəviyyatsız hesab edirəm, həmçinin burada cinayət tərkibinin də olduğunu düşünürəm. Buna görə də müvafiq bəyanatla Rusiya Federasiyası İstintaq Komitəsinə müraciət edəcəyəm", - deyə parlamentari qeyd edib. Geri qayıt |