Əsas Səhifə > ELM VƏ TƏHSİL > 2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.
2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.9-01-2024, 15:10 |
2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, həmin təhsil müəssisələrindən 3-ü peşə, 3-ü məktəbdənkənar, 1-i internattipli, 33-ü ümumi təhsil müəssisəsidir. Nazirliyin məlumatına əsasən, Heydər Əliyev Fondu ötən il 20 təhsil müəssisəsində təmir-tikinti işi aparıb. Həmçinin, 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) cari təmir olunub. Geri qayıt |