Əsas Səhifə > MALİYYƏ > "Atasığorta"nın sədri işdən çıxıb
"Atasığorta"nın sədri işdən çıxıb9-01-2024, 14:57 |
“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb. Bu barədə “Report”a şirkətdən bildirilib. Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib. Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "Ata Holdinq" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adı çəkilən holdinqə məxsusdur. Şəffaflıq.az Geri qayıt |