Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.
Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.8-01-2024, 09:17 |
Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İsikava prefekturasında baş verib, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir. Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Geri qayıt |