Əsas Səhifə > İnfrastruktur > Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb.

Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb.


8-01-2024, 09:11


Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb.


Şəffaflıq.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.


Qeyd olunub ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib və bu marşrutlar şəhərətrafı ərazilərlə şəhər mərkəzinin birbaşa nəqliyyat əlaqələndirilməsinin təmin edilməsinə xidmət edir.


Belə ki, həmin nəqliyyat marşrutlarının şəhər mərkəzindən kənar keçməklə davam etdirilərək tangensial marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması nəzərdə tutulur.


Paytaxtın yol-nəqliyyat problemlərinin həlli və inkişafı məqsədilə küçə-yol şəbəkəsinin 114 sıxlığının optimallaşdırılması üçün mühüm tədbirlər nəzərdə tutulub.


Hazırda Bakı şəhəri üzrə küçə-yol şəbəkəsinin sıxlığı magistral yollara nisbətdə 0,35 km/km2 , ümumi küçə-yol şəbəkəsinə nisbətdə isə 1,02 km/km2 təşkil edir.


Hədəflər


• Şəhərin mərkəzi ərazilərində fərdi nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azaldılması.


• Nəqliyyat axınlarının nizamlanması.


• Hərəkət sıxlığının şəhərin kənarına - periferiyalara ötürülməsi.


• İntensiv nəqliyyat tıxaclarının olduğu ərazilərin aradan qaldırılması.


• Təyinat məntəqəsi şəhər mərkəzinə olan yanaşma yollarının şaxələndirilməsi. Gələcək inkişaf – 2027-ci il Şəhərin periferiyasından keçən dairəvi magistral yolların tamamlanması:


• şəhərdənkənar nəqliyyat axınlarının şəhərə daxil olmaması üçün yeni həlqəvi marşrutların planlaşdırılması, xarici həlqəvi nəqliyyat yollarının tamamlanması və onların işləkliyinin təmin edilməsi. Aeroport yolunun respublika əhəmiyyətli yollara (M-1 “Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolu) birbaşa əlaqələndirilməsi:


• şimaldakı şəhər mərkəzli (Sumqayıt) və hava limanı (Heydər Əliyev Beynəlxalq Hava Limanı) arasında birbaşa qarşılıqlı əlaqənin qurulması;


• hava limanından yükdaşımalar üçün başqa (alternativ) yoldan istifadə/Bakının şimalındakı əsas magistral yollarının yükünün azaldılması. Dairəvi yolların tamamlanması/yenidən qurulması:


• şəhərin magistral yollarında tranzit məqsədli hərəkətinin periferiyalara çıxarılması;


• şəhərin nəqliyyat yükünün azaldılması üçün dairəvi yolların tam işləkliyinin təmin edilməsi. Əsas giriş marşrutları boyu yerli sistemlərin yenilənməsi:


• spesifik nəqliyyat axınlarının qruplaşdırılması (siniflərə bölünməsi); • əsas qovşaqlarda buraxıcılıq qabiliyyətinin artırılması;


• nəqliyyat hərəkətinin sadələşdirilməsi/gözlənilən nəqliyyat axını həcminə hazırlıq (yeni inkişaf fəaliyyətləri ilə əlaqədar) tədbirlərinin görülməsi. Bakının mərkəzinin şərq hissəsində müasir yol sisteminin yaradılması:


• “Ağ şəhər”in daha geniş ərazisi üçün yol əlaqəsinin əsasının yaradılması;


• dairəvi yolların tamamlanması, onların fəaliyyətliliyinin və tamlığının təmin edilməsi;


• şərqdəki yarımdairəvi yolun işləkliyinin təkmilləşdirilməsi. Alternativ nəqliyyat marşrutlarının yaradılması: • əsas nəqliyyat istiqamətləri üzrə hərəkət yükünün azaldılması;


• şəhər mərkəzinin müxtəlif ərazilərinə giriş/çıxış edən nəqliyyat axınlarının bir-birindən ayrılması. 115 Nəqliyyat hərəkətinin gərgin nöqtələrində yerli sistemlərin təkmilləşdirilməsi:


• “dar boğaz” effektinin və konflikt nöqtələrinin aradan qaldırılması;


• alternativ nəqliyyat marşrutlarının yaradılması;


• küçə-yol şəbəkəsinin daha da təkmilləşdirilməsi üçün əsasın qurulması.


Əlavə yeni yolların və yol hissələrinin inşası:


• strateji əhəmiyyət daşıyan yol əlaqələrinin yaradılması;


• magistral yol şəbəkəsinin genişləndirilməsi;


• əlavə diaqonal və dairəvi yol əlaqələrinin qurulması.


Gələcək inkişaf – 2040-cı il Dairəvi nəqliyyat marşrutlarının tamamlanması/yenidən qurulması:


• radial yolların əlaqələndirilməməsi nəticəsində yaranan nəqliyyat sıxlığının azaldılması üçün dairəvi yol sisteminin tam işləkliyinin təmin edilməsi;


• müxtəlif istiqamətlərdə nəqliyyat yerdəyişmələri üçün alternativ seçimlərin təmin edilməsi.


Bakının mərkəzinin şərq hissəsində və şimal-şərq hissəsində müasir yol sisteminin yaradılması:


• inkişaf etməkdə olan yeni şəhər ərazilərinin yol əlaqələndirməsinin təmin edilməsi;


• dairəvi yolların tamamlanması və onların fəaliyyətliliyinin və tamlığının təmin edilməsi.


Diaqonal, tangensial və dairəvi yol sisteminin yenilənməsi/birbaşa əlaqələndirmə yolların salınması:


• dairəvi yollar arasında yeni marşrutların salınması;


• dairəvi yol sisteminin işləkliyinin optimallaşdırılması. Alternativ nəqliyyat marşrutlarının əlavə edilməsi:


• əsas nəqliyyat istiqamətləri üzrə hərəkət yükünün azaldılması;


• şəhər mərkəzinin müxtəlif ərazilərinə yerdəyişmə edən nəqliyyat axınlarının bir-birindən ayrılması.


Əlavə yeni yolların və yol hissələrinin inşası:


• strateji əhəmiyyət daşıyan yeni yol əlaqələrinin yaradılması;


• magistral yol şəbəkəsinin genişləndirilməsi;


• əlavə diaqonal, tangensial və dairəvi yol əlaqələrinin qurulması;


• Abşeron yarımadasının sahilləri boyu kəsintisiz magistral yol əlaqəsinin təmin edilməsi üçün çatışmayan yol hissələrinin inşası.


Gələcək inkişaf - 2027-ci il


• Şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 50 km/saat müəyyən edilməsi.


• Piyada zonasının genişləndirilməsi.


• İçərişəhərə bitişik ərazilərdə və piyada zonasında piyada hərəkətliliyi üçün imkanlarının genişləndirilməsi:


- avtomobil nəqliyyatından azad sakit küçənin yaradılması ilə piyada zonasının İçərişəhər ərazisi ilə birləşdirilməsi;


- İçərişəhərə yaxın ərazilərin (şərq) avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;


- yaxınlıqdakı yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə "Dağüstü park" (funikulyor ətrafı ərazi daxil olmaqla) ərazisinin İçərişəhər ilə əlaqələndirilməsi;


- İçərişəhərə bitişik ərazilərdən Nəriman Nərimanov prospektinə qədər yollarda sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi.


• Magistral küçələrdə sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.


Gələcək inkişaf – 2040-cı il


• Bakının Mərkəzi Planlaşdırma Rayonunun digər hissələrində piyadalar üçün imkanlarının genişləndirilməsi:


- şimaldakı dar küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;


- magistral küçələr kimi təsnif olunmayan, giriş-çıxış üçün üstünlük verilən və ya avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan və ya magistral küçələr arasında ayrıcı rolu oynayan küçələrdə sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi;


- magistral küçələrin digər hissələrində sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.


• Mövcud yerüstü və yeraltı piyada keçidlərində yenidənqurma işlərinin aparılması ilə müyəssərliyin təmin edilməsi (eskalatorların quraşdırılması və s.).


Geri qayıt