Əsas Səhifə > FUTBOL > AFFA-nın vitse-prezidenti: “Heç bir məşqçi ilə danışıq aparılmayıb”

AFFA-nın vitse-prezidenti: “Heç bir məşqçi ilə danışıq aparılmayıb”


7-01-2024, 14:42


“Heç bir məşqçi ilə danışıq aparılmayıb”.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan millisinin baş məşqçi postuna bir neçə mütəxəssisin adının hallanmasına münasibət bildirərkən deyib.

Xüsusi İşçi Qrupunun da üzvü olan mütəxəssis iclaslarda konkret heç bir məşqçinin müzakirə olunmadığını söyləyib: “İclaslarda heç kimin adı hallanmayıb. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağı ilə bağlı istiqamət hələ bəlli deyil”.

Qeyd edək ki, türkiyəli məşqçi Ərtuğrul Sağlam sosial şəbəkə vasitəsilə paylaşımında bir müddət əvvəl AFFA-dan təklif aldığını, lakin qəbul etmədiyini yazıb. Serbiyalı Milan Obradoviçin adı da yığma ilə birgə çəkilir.

Şəffaflıq.az


Geri qayıt