Əsas Səhifə > Hadisə > Şirvanda silah-sursat tapılıb
Şirvanda silah-sursat tapılıb6-01-2024, 21:06 |
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır. Şəffaflıq.az Geri qayıt |