Əsas Səhifə > SİYASƏT > Məzahir Pənahov: "72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib"
Məzahir Pənahov: "72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib"6-01-2024, 21:04 |
Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb. Şəffaflıq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. O bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə 37, MDB Parlament Assambleyası 17, Türkiyə 5, MDB 9 müşahidəçi göndərəcək. M.Pənahov söyləyib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da seçkini izləyəcək. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.“Report” Geri qayıt |