Əsas Səhifə > Hadisə > Bu rayonun yarısı işıqsız qaldı - Qəzaya görə

Bu rayonun yarısı işıqsız qaldı - Qəzaya görə


5-01-2024, 00:12


Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili idarəetməni itirərək elektrik və internet dirəklərinə çırpılıb. Nəticə Xaçmaz şəhərinin böyük hissəsi işıqsız və internetsiz qalıb.

Avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qəzanın fəsadlarını aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt