Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Gəzintiyə çıxın, əylənməyə çalışın.
Günün qoroskopu: Gəzintiyə çıxın, əylənməyə çalışın.4-01-2024, 00:05 |
Qoç - günün ilk yarısınla bilik və bacarıqlarınızı tam miqyasda nümayiş etdirin. Məziyyətlərinizdən rəqibləri üstələmək üçün yararlanın. İşdə rəhbərlikdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bəzi ideyalarınız dəstəklənə bilər. Günün ikinci yarısında qaba və kobud olmayın, aqressivlik etməyin. Yaşam arealında yeniliklər, yaxınlarınızla münasibətlərin normallaşdırılması üçün əlverişli zamandır. Ailə üzvlərinizin işləri ilə maraqlansanız, qarşılıqlı anlaşmaya nail olacaqsınız. Sevdiyiniz insanın qədrini bilin. Buğa - uzun müddətdən bəri görmədiyiniz tanışınız bu gün ən əlverişli işgüzar tərəfdaşa çevrilə bilər. Onun sizinlə həmfikir olmamasının böyük önəmi yoxdur. Danışıq və müzakirələrdəki qəfil dönüşdə xeyir var. Həddən artıq aktiv ünsiyyət, başqalarının tənqidi məsləhət deyil. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Belə tanışlıqlardan biri ciddi münasibətə çevrilə bilər. Çoxdan bəri qarşılaşmaq istədiyiniz insanla görüş olacaq. Xatirələr yada düşəcək. Əkizlər - günün ilk yarısında təmasları bir qədər azaldın. Mövcud problemlər sizdə heç bir halda ruh düşkünlüyü və bədbinlik yaratmamalıdır. Yaxın ətrafınızdakı insanlara xırda məsələlərə görə irad tutmayın. Ən ağır işdən belə, çəkinməyin. Günün ikinci yarısında gündəlik, rutin işlərlə məşğul olun. Uğurlarınız, gəlirlərinizlə qürrələnməyin. Belə olarsa, sizi yanlış anlayacaqlar. Axşam saatlarına yaxın yarımçıq işləri tamamlayın. Maraqlandığınız işlərlə məşğul olun. Məişət qayğıları və ailə problemlərinin həlli üçün münasib zaman deyil. Xərçəng - mənasız risk etməyin. Problemləri həll etməyə çalışın. İşgüzar prosesdə ənənəvi, öyrəşdiyiniz metodlarla çalışın. Yeni yollar ilk-əvvəl asan görünsə də, sonradan narahatlıq və çətinliklər vəd edir. Yaxın ətrafınızdakı insanlar arasında sizə məsləhət verənlər az olmayacaq. Günün ikinci yarısında məsləhətlər və məşvərətləri təhlil edin, onların arasında işəyarayanları seçin. Yaxınlarınızı problemlərinizlə yükləməyin. Axşam saatlarında söhbət zamanı dostların və ya tanışların yaşamları ilə bağlı qəfil təfərrüat aşkarlana bilər. Şir - peşəkar fəaliyyət müstəvisində irəliləyişlər istisna deyil. Çalışdığınız yerdə fəaliyyətin təşkilatı ilə bağlı qaydalarla yaxşı tanış olun. Məqsədə doğru irəliləyişin sürətini artırmaq üçün davranış modelinizdə yeniliklər etmək zamanıdır. Aldığınız məlumat əsasında dəyişikliklərə başlayın. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun. Subaysınızsa, qarşı cins mənsubları ilə ünsiyyətdə taktikanı dəyişməyin. Emosiyalara qapılmayın. Axşam saatlarında normal istirahət edin. Qız - planları sürətlə dəyişməyin, hər şeyi sıfırdan başlamaq fikrinə düşməyin. Adətlər və vərdişlərə yenidən baxmaq, iş stilini təftiş etmək üçün münasib zamandır. Yaşamınızda yeniliklərə başlayın. Günün ikinci yarısında yaxınlarınızdan birinin sizə iradları olacaq. Həmin adamı diqqətlə dinləyin, aqressiv olmayın. Emosiyalarınızı nəzarətdə saxlaya bilsirisnizsə, alovlanmağa başlayan münaqişədən kənarlaşın. Axşam saatlarına yaxın peyda olan yorğunluq hissi yuxusuzluq vəd edir. Tərəzi - nüfuzlu insanlarla təmaslarda qarşılıqlı fəaliyyətdə uğura nail olmaq şanslarınız var. Asılı olduğunuz şəxslərlə təmaslarda diqqətli olun. Problemin müzakirəsini irad mübadiləsinə çevirməyin. Mübahisələrə qatılmayın. Günün ikinci yarısında əlverişli şəraitdən yararlanaraq münasibətlərdə irəliləyişə can atın. Olaylarda yaxşı dönüş ola bilər. Sevdiyiniz insanla fikir ayrılıqlarını çözmək zamanıdır. Axşam saatlarında birgə istirahət edin. Əqrəb - işüzar fəaliyyət üçün əlverişli zamandır. Zəhmətinizin və cəhdlərinizin bəhrəsini görəcəksiniz. Yeni, genişmiqyaslı işə başlamayın. Əlavə sifariş qəbulunu ertələyin. Sənədləşdirmə və hüquqi məsələlərin çözümü üçün münasib zaman deyil. Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Dəyər verdiyiniz insanla nöqsanlar barədə açıq söhbəti daha əlverişli vaxtadək təxirə salın. Sirlərinizi bölüşməyin, çünki əks təqdirdə bir sıra məqamlar faş olacaq. Oxatan - maliyyə məsələlərinə görə fikir ayrılıqları və anlaşılmazlıqlar istisna deyil. Heç gözləmədiyiniz halda və zamanda çətinliklərlə üzləşə bilərsiniz. Fəqət bütün problemlərə rəğmən fəalliyyətinizin məhsuldar olmasına can atın. Paxıllıq və həsəd obyekti ola bilərsiniz. Günün ikinci yarısı şəxsi münasibətlər üçün əlverişli deyil. Heç bir səbəbi olmayan şübhələrə qapılmayın. Sevdiyiniz insanla bağlı qısqanclıq hissi yaranmasın. Emosiyalar girdabına yuvarlanmayın. Soyuqqanlı və təmkinli olun. Oğlaq - günün ilk yarısı ciddi problemlər vəd etmir. Xoş sürprizlər ola bilər. Nikbinlik üçün səbəb var. Çoxdan bəri həll etməyə çalışdığınız işi yarımçıq qoymayın. Müşkülü aradan qaldırmağın yollarını arayın. İş axtarışındasınızsa, günün ikinci yarısında maraqlı təklif alacaqsınız. Qərar verməyə tələsməyin. Düşünüb-daşının, təklifin detallarını nəzərdən keçirin. Ailə üzvləri və yaxınlarınızla dil tapmağa çalışın. Heç bir səbəb olmadan problemlər yaratmayın. Dəyər verdiyiniz insanlara qarşı iradlar səsləndirməyin. Sizin belə davranışınızı anlamağa çətinlik çəkəcəklər. Axşam saatlarında passiv olmayın. Gəzintidə xeyir var. Dolça - qəfil xəbər və ya gözlənilməz dəyişiklik emosiyalarınızı tarıma çəkməsin. Sənədləşdirmədə, məmurlarla ünsiyyətdə çətinliklər yarana bilər. Önəm verdiyiniz insandan əhəmiyyətli məlumat alacaqsınız. Günün ikinci yarısında köməyə ehtiyacı olan insana yardım edin. Vədlərinizi unutmayın. Ailə məsələlərinin həllinə yadları qatmayın. Evdəki çətinlik barədə qohumlara danışmayın. Fikir və mövqelərinizi yaxınlarınızla bölüşmək məcburiyyətində deyilsiniz. Bədbin olmayın. Balıqlar - kəmhövsələ olmayın, düşünülməmiş qərarlar qəbul etməyin. Peşəkar fəaliyyət müstəvisində yaranan problemləri vaxtında, gecikmələrə və təxirəsalmalara yol vermədən həll edin. Əməllərinizin çox qısa zamanda maddi sonuclar verəcəyini düşünməyin. Xidmətlərinizi və əməyinizi dəyərləndirəcəklər. Günün ikinci yarısında ailə qayğıları və ya məişət problemlərini aradan qaldıranda yaxınlarınızın yardımlarından istifadə edin. Sevdiyiniz insanla münasibətləri normallaşdırın. Subaysınızsa, axşam saatları romantik keçəcək. Gəzintiyə çıxın, əylənməyə çalışın. Geri qayıt |