Əsas Səhifə > XARİCİ XƏBƏR > İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur.
İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur.4-01-2024, 00:00 |
İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi növbəti brifinqdə İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışları şərh edərkən bildirib. ABŞ administrasiyası İrandakı partlayışlarda Vaşinqtonun əli olmadığını bəyan edir və İsraili bu partlayışlara görə məsuliyyət daşımaq üçün heç bir səbəb görmür. "Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”, - diplomat deyib. M.Miller əlavə edib ki, Vaşinqton vəziyyəti izləyir, lakin partlayışlarda kimin əli ola biləcəyi barədə məlumatı yoxdur. Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Geri qayıt |