Əsas Səhifə > REGİON > Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsini qadağan edən qanun qüvvəyə minib.
Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsini qadağan edən qanun qüvvəyə minib.29-12-2023, 20:52 |
Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsini qadağan edən qanun qüvvəyə minib. Şəffaflıq.az “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, bundan sonra hüquqi şəxslər siyasi partiyalara ianələr ayıra bilməyəcək və ianə formasında xidmətlər də təqdim edə bilməyəcəklər. Qanuna görə ianə yalnız fiziki şəxslər tərəfindən maddi və ya qeyri-maddi ödəmə və ya xidmətlər sayılacaq. Bununla bərabər siyasi partiyalar yalnız Gürcüstan vətəndaşlarından ianə ala biləcəklər ki, onun da maksimal həddi fiziki şəxslər üçün ildə 60 min lari (22,3 min dollar), partiyaya üzvlük haqqı kimi isə ildə 1,2 min lari (446 dollar) məbləğində müəyyən edilib. Qadağa mühazirələrin, seminarların və digər ictimai tədbirlərin keçirilməsinə aid deyil. Geri qayıt |