Əsas Səhifə > XARİCİ XƏBƏR > Gürcüstan 2030-cu ilədək Aİ-yə daxil olmağa hazır olacaq
Gürcüstan 2030-cu ilədək Aİ-yə daxil olmağa hazır olacaq29-12-2023, 07:43 |
Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq. “Report” xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib. “Biz söz verə bilərik ki, Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına üzv olmağa hazır olacaq”. Siyasətçi Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək ölkəsinin iki il ərzində iqtisadi göstəricilərini önəmli dərəcədə artırdığını və bunun Aİ-yə daxil olması üçün həlledici amillərdən biri olduğunu qeyd edib. “Gəlin iqtisadiyyatı götürək, Gürcüstan və Moldovanı müqayisə edək. Bu il və təkcə keçən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə 8 milyard dollar irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq”, – Kobaxidze vurğulayıb. Aİ-nin dekabrda keçirilmiş sammitində Ukrayna və Moldova ilə 2024-cü ilin martında və ya daha sonra başlaya biləcək üzvlük danışıqlarına start vermək qərara alınıb. Sammitdə Gürcüstana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi də elan edilib. Şəffaflıq.az Geri qayıt |