Əsas Səhifə > XARİCİ XƏBƏR > ATƏT/DTİHB-nin prezident seçkiləri ilə əlaqədar Azərbaycana gələcək müşahidə missiyalarının tərkibi məlum olub

ATƏT/DTİHB-nin prezident seçkiləri ilə əlaqədar Azərbaycana gələcək müşahidə missiyalarının tərkibi məlum olub


28-12-2023, 23:39


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.

Bu barədə  diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.

Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.

Şəffaflıq.az 


Geri qayıt