Əsas Səhifə > REGİON > SURİYA MÜƏMMASI: ABŞ-ın boşaltdığı bazalara Rusiya yerləşir
SURİYA MÜƏMMASI: ABŞ-ın boşaltdığı bazalara Rusiya yerləşir16-11-2019, 20:59 |
Şəffaflıq.az xəbər verir ki, Suriyanın şimalındakı hərbi yerdəyişmə tapmacaya çevrilib. Barış bulağı əməliyyatından əvvəl ABŞ hərbçilərini bölgədən çıxardığı üçün bazalarının sayı 6-ya endirdiyi halda, əməliyyat bitəndən amerikalılar sonra yenidən yerlərini möhkəmləndirib bazalarının sayını 16 ədədə çatdırdılar. Pentaqonun tamamilə tərk elədiyi yerləri isə ruslar tutmaqdadırlar. 20 oktyabr tarixində ABŞ-ın Menbiçdəki tərk edilmiş bazasına yerləşən Rusiya hərbçiləri eyni addımı PKK-nın Kobani adlandırdığı Eyn əl Ərəbdə də atıblar. Rusiya rayonun cənubundakı Sirrin və Sebit bazalarında yerləşib. Amerikalıların düşərgədəki avadanlıqlarını tırlarla İraqın şimalına daşımasını gözləyən Rusiya ordusu köç işləri tamamlanan kimi bayraqlarını buraya sancdılar. İlk olaraq, ABŞ-ın PKK/YPG terror təşkilatına silah daşımaq üçün inşa elədiyi hava limanı nəzarət altına alınıb. Regiona tanklar, hərbçilər və veertolyotlar yerləşdirilib. Soçi razılaşmasından sonra Rusiya Kamışlıya da hərbçi yerləşdirərək buradakı hərbi varlığını artırmağa başlayıb. Türkiyənin təhlükəsiz bölgə planı içərisində olan şəhərdəki hava limanına Xmeymim bazasından 3 vertolyot gətirilib. Vertolyotlar şəhərin üzərində patrul uçuşları həyata keçirməyə başlayıblar. Digər gözlənilməz addım isə bazada hava hücumundan müdafiə sisteminin qurulması olub. Rusiya ordusu Kamışlı hava limanına “Panstir” adı verilən və qanadlı raket, vertolyot və dronlara qarşı təsiri olan qısa mənzilli müdafiə sistemi yerləşdirir. Bu sistemlrin hansı təhdidə qarşı qurulduğu hələlik sual altındadır. Geri qayıt |