Əsas Səhifə > Hadisə > Bakıda FHN əməkdaşları 28 yaşlı gənci ölümdən xilas edib
Bakıda FHN əməkdaşları 28 yaşlı gənci ölümdən xilas edib27-12-2023, 09:00 |
Bakının Pirallahı rayonunda intihara cəhdin qarşısı alınıb. Şəffaflıq.az-ın məlumatına görə, Qala qəsəbəsində 1995-ci il təvəllüdlü Mehtiyev Yalçın Fərman oğlu yaşadığı evdə kəsici alətlə bədəninə çoxsaylı kəsici alətlə xəsarətlər yetirib. Y.Mehtiyev hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu tərəfindən yaşadığı evdən çıxarılaraq təcili tibbi yardımın əməkdaşlarına təhvil verilib və xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona komatik vəziyyət diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |