Əsas Səhifə > SİYASƏT > Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib


25-12-2023, 21:06


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

 Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır.

Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə tutulub:

- Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar;

- Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir;

- Böyük, orta və kiçik xüsusi rütbələr müvafiq təqdimat əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.


Geri qayıt