Əsas Səhifə > Hadisə > Bakıda evdən pul və qızıl oğurlanıb

Bakıda evdən pul və qızıl oğurlanıb


23-12-2023, 11:38


Bakının Sulutəpə qəsəbəsində evdən 1000 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt