Əsas Səhifə > Hadisə > Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var

Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var


23-12-2023, 11:36


Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb.

Şəffaflıq.az -ın məlumatına görə, hadisə Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində baş verib.

Nəticədə Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt