Əsas Səhifə > Kriminal > Şamaxı rayon sakini silahla öldürülüb
Şamaxı rayon sakini silahla öldürülüb21-12-2023, 21:39 |
Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cu il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. Məlumata görə hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib. Belə ki, münaqişə zamanı 33 yaşlı Manafov Saday Əlismayıl oğlu xidməti silahı ilə bibisi oğlu 44 yaşlı Feyzullayev Rəfail Qərib oğlunu odlu silahla qətlə yetirib. Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır. Ölən və hadisəni törədən şəxslər qohumdur. Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub. Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Şəffaflıq.az Geri qayıt |