Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda daha 17 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 17 nəqliyyat vasitəsi özəlləşdirilib21-12-2023, 18:04 |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Şəffaflıq.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılmış əmlaklara 91 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15 000 manat olsa da, son təklif 42 000 manata yüksəlib. Start qiyməti 9 000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi isə 14 090 manata özəlləşdirilib. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar. Geri qayıt |