Əsas Səhifə > Hadisə > Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb20-12-2023, 09:27 |
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Belə ki, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu, 1994-cü il təvəllüdlü Fərzəliyev Cavanşir Çingiz oğlu, 1995-ci il təvəllüdlü Allahverdiyev Orxan Namiq oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Elnur nazim oğlu, 1989-cu il təvəllüdlü Allahyarov Elşən Vidadi oğlu və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Əliyev Fərid Bəhram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |