Peyğəmbər (s) Əhli-Beytindən (s) Həcc mövzusunda nəql olunmuş 40 hədis... 1.Həccin əhəmiyyəti Həzrət Əli (ə): Allaha xatir! Rəbbinizin evini yadda saxlayın, nəqədər ki, varsınız onu boş qoymayın. Əgər Həcc aradan qalxsa Allahın lütf və mərhəmət nəzəri üzərinizdən götürülər. (Biharul-Ənvar) 2.Həcc və Allaha diqqət İmam Baqir (ə): Quran ayəsində Allaha doğru qaçmaq deyiləndə Həccə üz tutmaq nəzərda tutulub. (Məaniul-Əxbar) 3.Ləbbəyk və qurbanlıq Həzrət Əli (ə): Cəbrail peyğəmbərə (s) nazil olub dedi: Ey Məhəmməd (s)! Ardıcıllarını ləbbəyk fəryadı və qurbanlığa dəvət et. (Məaniul-Əxbar) 4.Həcci-əkbər və Həcci-əsğər Müaviyə ibn Əmmar İmam Sadiqdən (ə) Həcci-əkbər günü haqqında soruşur. Həzrət buyurur: "Həcci-əkbər qurban bayramı, Həcci-əsğər ümrədir. (Məaniul-Əxbar) 5.Həccin təsirləri İmam Riza (ə): Həcdən davamlı bir iş, ehtiyacı aradan qaldıran əməl görmədim. (Biharul-Ənvar) 6.Həcc yolunda ölüm İmam Sadiq (ə): Həccə gedərkən və ya qayıdarkən yolda dünyasını dəyişən insan qiyamət gününün böyük qəmindən qurtular. (Milazul-Əxyar) 7.Allah qonaqlarına hörmət İmam Sadiq (ə): Həcc və ümrə yerinə yetirənlər Allahın qonaqlarıdır. Əgər bir şey istəsələr verilər, çağırsalar cavab alarlar. Şəfaət etsələr şəfaətləri qəbul olunar. Sussalar onlarla danışılar. Xərclədikləri hər dirhəm müqabilində milyon qat artıq alarlar. (Milazul-Əxyar) 8.Ehrama hazırlıq Həmad ibn İsa İmam Sadiqdən (ə) ehram haqqında soruşur. İmam Sadiq (ə) buyurur: Dırnaqları və saçın yuxarı hissəsini qısaltamaqla ehrama hazırlıq görülür. (Milazul-Əxyar) 9.Kəbəyə baxmaq İmam Baqir (ə): İnsan Kəbəyə baxdığı müddətdə ona xeyir əməl yazılar, günahları yuyular. (Biharul-Ənvar) 10.Həcc niyyəti İmam Sadiq (ə): Həcc iki qisimdir: Allah üçün Həcc və xalq üçün Həcc. Allah üçün Həcc yerinə yetirənin mükafatı budur ki, Allah onu behiştə aparar. Xalq üçün Həcc yerinə yetirənin mükafatı qiyamət günü xalqın öhdəsinədir. (Biharul-Ənvar) 11.Minada oruc İmam Sadiqdən (ə) soruşurlar ki, nə üçün təşriq günləri (11,12,13 zil-hiccə) oruc tutmaq olmaz. Həzrət buyurur: Zəvvarlar Allahın qonağıdır. Qonağın qonaq yanında onun görüşünə gələnlərin hüzurunda oruc tutması yaxşı deyil. (Biharul-Ənvar) 12.Həcc yoxsa cihad? İmam Sadiq (ə): Allah yolunda yalnız qılınc götürüb şəhadətə qədər cihad etmək Həcdən üstündür. Başqa heç bir əməl. (Biharul-Ənvar) 13.Təvafın savabı Həzrət peyğəmbər (s): Kim Allah evini yeddi dəfə təvaf etsə iki rəkət təvaf namazı qılsa, günahları bağışlanar. (Biharul-Ənvar) 14.Həcc və əhdin yenilənməsi İmam Baqir (s): Həcərül-əsvəd (qara daş) bir əhd-peyman kimidir. Ona əl çəkmək Allahla beyət kimidir. Peyğəmbər (s) Həcərül-əsvədə əlini vuranda deyərdi: "Pərvərdigara əmanəti qaytardım. Əhd-peymanı təzələdim. Sən şahid ol ki, mən vəzifəmi yerinə yetirdim. (Biharul-Ənvar) 15. Həccin əhəmiyyəti İmam Sadiq (s): Nəqədər ki, Kəbə yerindədir din də yerindədir. (Biharul-Ənvar) 16.Kəbə adının fəlsəfəsi İmam Baqirdən (s) Allah evinin nə üçün Beytül-ətiq adlandırılması barədə soruşdular. İmam (s) buyurdu: Çünki bu ev kimsənin mülkiyyəti deyil, azaddır. (Biharul-Ənvar) 17.Müqəddəs üçbucaq İmam Sadiq (ə): Allah üçün heçnə ilə müqayisə olunmayan üç müqəddəs ad var: Onun nuru olan kitabı, xalqın üz tutmalı olduğu qiblə və peyğəmbər Əhli-beyti (s). (Biharul-Ənvar) 18.Kəbəyə nəzir Həzrət Əli (ə): İki çay dolu qızıl-gümüşüm olsa Kəbəyə bir şey bağışlamaram. Çünki bağışlanılan yoxsullara yox, ləyaqətsizlərə çatacaq. (Biharul-Ənvar) 19.Hərəmdə təhlükəsizlik Abudullah ibn Sənan İmam Sadiqdən (s) Quran ayəsindəki əmin-aman yer haqqında soruşur. İmam (s) buyurur: Kim Hərəmə sığınsa amandadır. Möminlərdən bir kəs Hərəmə pənah aparsa Allahın qəzəbindən amanda qalar. Hərəmə daxil olan yırtıcı heyvan və quşlar belə amandadır. Hərəmdən çıxana qədər onları incitmək olmaz. (Biharul-Ənvar) 20.Dörd seçilmiş şəhər Həzrət peyğəmbər (s): Allah-taala şəhərlər arasından dördünü seçib və buyurub: Vəttini vəzzəytun və turisinin və hazəl bələdil əmin. Tin Mədinədir, Zeytun Beytül-Müqəddəsdir, Turisinin Kufədir, əmin şəhər Məkkədir. (Biharul-Ənvar) 21.Haram pulla Həcc İmam Baqir (s): Allah-taala haram pulla yerinə yetirilən Həcc və ümrəni qəbul etməz. (Biharul-Ənvar) 22.Həcc qaydaları İmam Baqir (ə): Allah evinə üz tutan şəxsdə üç xasiyyət olmasa ona etina edilməz. İnsanı günahdan qoruyan təqva, qəzəbin qarşısını alan səbr, səfər yoldaşları ilə xoşrəftar. (Xisal; Biharul-Ənvar) 23.Qadınlara Həcdə güzəşt İmam Baqir (ə): Həcc əməllərində qadınlara güzəşt verilib ki, ləbbeyki ucadan deməsinlər, Səfa və Mərvə arasında qaçaraq getməsinlər. Qadınlar Həcərül-əsvədə əl çəkməyə, Kəbəyə daxil olmaya, saçlarını tamam qırxmaya bilərlər. (Biharul-Ənvar) 24. Kəbə ətrafında rəhmət yağışı İmam Sadiq (ə): Allahın Kəbəyə yönəli 120 mərhəməti var. Altımışı təvaf edənlər, qırxı namaz qılanlar, iyirmisi Kəbəyə baxanlar üçündür. (Biharul-Ənvar) 25.Həcəri-İsmail İmam Sadiq (ə): Həzrət İsmail anasını orada dəfn etdi və üzərində divar qaldırdı ki, bu qəbir ayaq altda qalmasın. (Biharul-Ənvar) 26.Üç yüz altımış təvaf İmam Sadiq (ə): İlin günləri sayında yəni 360 dəfə təvaf etmək müstəhəbdir. Əgər bacarsan daha artıq təvaf et. (Biharul-Ənvar) 27.Həcərül-əsvədə əl çəkmək Həzrət peyğəmbər (ə): Kəbə ətrafını təvaf edin, Həcərül-əsvədə əlinizi çəkin. Həcərül-əsvədə əl çəkmək Allahla görüşmək kimidir. Həcərül-əsvəd Allahın yer üzündə bəndələr üçün əli kimidir. (Biharul-Ənvar) 28. Məscidül-hərəmda namaz İmam Baqir (ə): Məscidül-həramda bir namaz başqa məscidlərdə min namazdan üstündür. (Biharul-Ənvar) 29.Zəmzəm suyu Həzrət peyğəmbər (s): Zəmzəm suyu hansı məqsədlə içilsə onda şəfa var. (Biharul-Ənvar) 30.Ərəfatda dua İmam Riza (ə): Ərəfatda salehində, günahkarın da duası qəbuldur. Salehlərin dünya və axirət haqqında, günahkarların dünya haqqında duaları qəbuıdur. (Biharul-Ənvar) 31.Ərəfatın əhəmiyyəti Həzrət peyğəmbər (s): Ərəfatdan qayıdanda bağışlanmadığını düşünmək bütün günahlardan ağırdır. (Biharul-Ənvar) 32.Şeytanı daşlamağın savabı İmam Sadiq (ə): Hacının vurduğu hər daş bir kəbirə günahı yuyar. (Biharul-Ənvar) 33.Daş atmağın fəlsəfəsi Əli ibn Cəfər İmam Kazimdən (ə) şeytana daş atmağın vacib olması səbəbini soruşur. Imam buyurur: Çünki İblis bu yerlərdə İbrahimə görünüb və həzrət İbrahim ona daş atıb. (Biharul-Ənvar) 34.Qurbanlıq İmam Səccad (ə): Hacının kəsdiyi Qurban cəhənnəm odu qarşısında fidyədir. (Biharul-Ənvar) 35.Minada saç tükünün dəfni İmam Baqir (ə): Atam buyurub ki, Minada saçın dəfn olunması İmam Həsən (ə) və İmam Hüseynin (ə) göstərişinə əsaslanır. (Biharul-Ənvar) 36.Peyğəmbərin ziyarəti Həzrət peyğəmbər (s): Kim mənim qəbirimi ziyarət etsə şəfaətimə çatar. Qəbirimin ziyarəti həyatda olduğum zaman ziyarətim kimidir. (Biharul-Ənvar) 37.Kəbə ilə vidalaşma İbrahim ibn Məhmud deyir ki, İmam Rizanın (ə) Kəbə ilə necə vidalaşdığını gördüm. Məsciddən çıxanda səcdə qıldı, sonra ayağa qalxıb Kəbəyə üz tutaraq dedi: "Pərvərdigara! Mən "La ilahə illəllah" tövhid əqidəsi ilə qayıdaram. (Biharul-Ənvar) 38.Həcc və rəhbərlik Imam Baqir (ə): Xalqa əmr olunub ki, bu daşları təvaf etdikdən sonra bizim yanımıza gəlib öz sədaqət və bağlılıqlarının bildirsinlər. (Biharul-Ənvar) 39.Hacıların istiqbalı və onlarla görüş İmam Sadiq: Hacı ilə görüşüb qucaqlaşan şəxs sanki Həcərül-əsvədə əlini çəkmişdir. (Biharul-Ənvar) 40.Həcc qonaqları Həzrət peyğəmbər (s): Yalnız beş yerdə qonaqlıq vermək yaxşıdır. İzdivac mərasimində, uşaq doğulanda, sünnət mərasimində, ev alanda, Məkkədən qayıdanda. Şəffaflıq.az
Geri qayıt
|