Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Sizinlə maraqlanacaqlar. Amma əfsuslar olsun ki, onların arasında diqqətə və etibara layiq olmayanlar az deyil.

Günün qoroskopu: Sizinlə maraqlanacaqlar. Amma əfsuslar olsun ki, onların arasında diqqətə və etibara layiq olmayanlar az deyil.


19-12-2023, 00:06


Şəffaflıq.az  dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında mənfi təmayüllərin təsiri güclü olacaq. Ehtiyatlı olun, sayıq davranın. Peşəkar fəaliyyətlə bağlı mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Sizə yardım və dəstək vəd edən insanların yardımlarına bel bağlamayın. Kömək etmək istədiklərini deyən insanlar sizin maraqlarınızı nəzərə almırlar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Axşam saatları maraqlı ünsiyyət və görüşlər zamanıdır.

Yaşam potensialının səviyyəsi yüksək olsa da, orqanizmi sınağa çəkməyin. İfrata varmaq xroniki ağrıları gücləndirə bilər.

Buğa - yaranmış situasiyanı mümkün qədər tez dəyərləndirməyə çalışın. Situasiyanı düzgün qiymətləndirsəniz, gününüz pis keçməyəcək. Yanlış ümidlər və illüziyalardan qurtulmağa çalışın. Bu, sizə xoş olmasa da, problemin öhdəsindən gəlin. Ünvanınıza deyilən tənqidlərə diqqətlə qulan asın. Eşidəcəyiniz sözlər arasında məntiqli, ağıllı ifadələr də var.

İşgüzar görüşlərdə soyuqqanlı və sayıq olun. Vədlər verməyin, çünki onlara riayət etmək asan deyil. İşdə həmkarlarla fikir ayrılıqları ola bilər.

Günün ikinci yarısında isə şəxsi münasibətlər müstəvisində problemlər həllini tapacaq. Müsbət təmayüllərin təsiri güclənir. Ciddi çətinliklər olmayacaq. Axşam saatlarında yaxınlarınızı xoş xəbərlərlə sevindirməyə çalışın.

Ailə üzvlərinizin istəklərini nəzərə alın.

Əkizlər - emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizi cilovlaya bilməsəniz, bunun heç bir yaxşı nəticəsi olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişələrin sayı sürətlə artır. Etiraf edin ki, belə situasiyanın formalaşmasında özünüz də suçlusunuz. İşdə həmkarlar və rəhbərlik istənilən səhvinizə diqqət yetirəcək, sizi nəzarətdə saxlayacaqlar. Təkbaşına gördüyünüz böyük həcmdə işi onlar görməyəcəklər.

Günün ikinci yarısında mühüm məsələləri yaxınlarınızla müzakirə etməyin. Problemləri təkbaşına həll etməyə çalışmayın. Seçiminiz sual doğura bilər. Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın.

Axşam saatlarında gəzintiyə çıxmayın.

Xərçəng - bu gün əməlli-başlı çalışmalısınız. Əldə edəcəyiniz uğurlar gələcək qələbələrinizin rəhni ola bilər. Yeni işgüzar münasibətlərə başlamaq üçün pis zaman deyil. Yeni müttəfiqlər və hamilər axtarışına başlamaq olar. Səyləriniz əbəs olmayacaq. Gördüyünüz işlərə görə mükafat və ya ödəniş əldə etmək asan olmasa da, narahat olmayın. Sonucda ödəniş səxavətli olacaq.

Günün ikinci yarısında bilik və informasiya əldə etmək, yaxşı məsləhətlər almağa can atın. Peşəkar fəaliyyət sahəsində başqasının təcrübəsindən yararlana bilərsiniz. Şəxsi münasibətlərinizin rəvan olmasına çalışın.

Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Narahat olmayın, ciddi ağrılar olmayacaq.
 

Şir - günün ilk yarısında aktiv və qətiyyətli olun. Peşəkar fəaliyyət sahəsində əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Saatlar keçdikcə sədlər və maneələrin sayı artacaq. Etibar etdiyiniz müttəfiqə, köhnə dosta üz tutaraq yardım istəyə bilərsiniz. Bununla belə, müraciətinizə rədd cavabı da istisna deyil.

Yeni işgüzar təmaslara və əməkdaşlığa başlamaq olar. Yerinə yetirilməsi çətin, bəzən də mümkünsüz vədlər verməyin.

Şəxsi münasibətlərdə intuisiyaya bel bağlayın. Diqqətli olsanız, səhvlərin sayı azalacaq, dürüst həllin tapılması sürətlənəcək.

Nagahani etiraf, nəzərdə tutulmamış görüş istisna deyil.

Qarşı tərəfin rəğbətini qazanmağa çalışın.

Qız - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı davranın. Sizi aldatmağa, fırıldaq və kələyin qurbanı etməyə çalışan insan var. Mənfi təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Son vaxtlar sizi narahat edən bir sıra məsələlər həllini tapa bilər. Yeni işlərə başlamağa tələsməyin. Həmin işləri həyata keçirəcəyiniz yolda dəf ediləsi çox çətin problemlər yarada bilər.

Günün ikinci yarısında bəzi planları dəyişmək, nəzərdə tutulmuş əyləncələrdən imtina etmək gərəkdir. Çətin vəziyyətə düşmüş yaxınınıza yardım edin. Maliyyə probelmləri yaranarsa, onları çözməyin yollarını arayın.

Qəfil hədiyyə və gəlir istisna deyil.

Tərəzi - əsas məsələ sakitliyi qorumaq və ya heç olmasa, belə görüntü yaratmaqdır. Qeyri-rəvan, gərgin gündür. Mahiyyət etibarilə pis zaman deyil. Sadəcə, başınızı itirməyin, çaş-baş qalmayın. Yeni layihə və işlərin reallaşdırılmasında irəliləyə bilərsiniz.

Daşınmaz əmlakla bağlı anlaşmalara nail olmaq, habelə ev üçün nə isə almaq olar.

Təmkinli və səbrli olsanız, yaranmış problemləri həll etməklə yanaşı yeni layihələrin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

Günün ikinci yarısı faydalı məlumatın əldə olunması, yarımçıq işin başa çatdırılması istisna deyil. Sırf məişət məsələləri, praktiki məqamlarla bağlı ailədə fikir ayrılığı yarana bilər. Ciddi anlarda yaxınlarınız və ailə üzvləriniz sizi dəstəkləyəcəklər.

Əqrəb - bu günə hansısa mühüm işi planlaşdırıbsınızsa, təkbaşına və müstəqil işləməyə hazır olun. Müttəfiqlərlə dil tapmaq asan deyil. Sizi yanlış anlayacaqlar. Birgə layihələrin həyata keçirilməsi fikir ayrılıqları və münaqişələr yarada bilər.

Sənədlərlə çalışmaq, yaxın gələcəklə bağlı planlar qurmaq, maliyyə məsələlərini həll etmək olar.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlər rəvan və harmonik olacaq. Səmimiyyət, qayğı, diqqətə ehtiyacı olanların istəklərini nəzərə alın. Öz niyyət və planlarınızı da gizlətməyin. Sizə dəyər verən insanlar yardımlarını əsirgəməyəcəklər.

Oxatan - aktiv və qətiyyətli olun. Sizinlə mübahisə etmək çətindir. Amma bu, o demək deyil ki, bütün məsələlərdə haqlısınız. Yaxın ətrafınızdakı insanların barənizdə dedikləri sözlərə diqqətlə qulaq asın. Səfər və səyahətlər planlaşdırılandan artıq vaxt alacaq. Qəfil təxirəsalma və gecikmə mühüm görüşün baş tutmamasına səbəb ola bilər. Amma narahat olmayın, görüşəcəyiniz insan sinirlənməyəcək.

Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün düşərli zamandır. Anlaşmalar, sövdələşmələr, alış-veriş üçün pis vaxt deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Təxəyyül və bacarıq tələb edən işlərdə aktiv olun.

Oğlaq - peşəkar fəaliyyət sahəsində çiyinlərinə düşən yüklər az deyil. Yeni öhdəliklər və qayğılar peyda olur. Gördüyünüz əməyin müqabilində istədiyiniz məbləği ala bilmirsiniz. Vaxtınızı dürüst dəyərləndirsəniz, çox iş görə bilərsiniz. Uğurlarınız məhsuldar çalışa bilməyən insanlarda paxıllıq yaradır.

Günün ikinci yarısında aldığınız bütün məlumatları və informasiyaları yoxlayın. Kimsə sizi aldatmağa, manipulyasiyalarının qurbanına çevirməyə çalışacaq.

Şəxsi münasibətlərdə irəliləyiş baxımından əlverişli zamandır. Yaxınlarınızla təmaslarda heç bir çətinlik çəkmədən ümumi dil tapacaqsınız.

Ailə üzvlərinin xətrinə dəyməyin. Sərt və aqressiv olmayın.

Dolça - özünüzü həddən artıq yormayın, görə biləcəyiniz işlərə başlayın. İmkan və potensialınızın hüdudsuz olmadığını bilin. İfrat yorğunluq qıcıq mənbəyi ola bilər. Başağrısı və yuxusuzluq yarada biləcək məqamların sayının azaldılmasına çalışın.

Ən mühüm işlərdən savayı yerdə qalan işlərin hamısını başqalarına həvalə edə bilərsiniz.

Günün ortalarında mühüm görüşlər keçirmək olar. Bir şərtlə ki, həmin qarşılaşma xoş ortamda olsun.

Yeni tanışlıqlar, maraqlı görüşlər istisna deyil. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Yeni münasibət qurularsa, onun ömrü uzun olacaq.

Balıqlar - uğurlu gündür, çətin problemlərinizi həll edə bilərsiniz. Rəqiblər və bədxahlarla müqayisədə mürəkkəb işləri daha tez başa vura bilərsiniz. İşgüzar tərəfdaş və ya işdəki rəhbərliklə münasibətlərinizdəki çoxdankı ixtilafı çözə bilərsiniz. Peşəkar mövqelərinizi daha da möhkəmləndirin. Amma son vaxtlar bədxahlarınızı dəstəkləyən insanların son zamanlar mövqelərini dəyişməsi şübhəlidir. Buna inanmayın.

Günün ikinci yarısı olaylarla zəngin olacaq. Sizinlə maraqlanacaqlar. Amma əfsuslar olsun ki, onların arasında diqqətə və etibara layiq olmayanlar az deyil.

Ümumi işə başlamazdan əvvəl bu insanın davranışına diqqətlə nəzər salın.


Geri qayıt