Əsas Səhifə > ELM VƏ TƏHSİL / MANŞET > Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Şamaxı filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.-FOTO

Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Şamaxı filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.-FOTO


18-12-2023, 23:09

Dekabrın 14-də Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Şamaxı filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.


Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları da iştirak ediblər.

Konfransın elmi komitəsində şərqşünas alimlərdən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, institutun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri, f.e.d. professor Roida Rzayeva, Türk filologiyası şöbəsinin baş elmi işçisi, f.e.d., professorElman Quliyev, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı yer alıblar.

Şəffaflıq.az  xəbər verir ki, Konfrans iştirakçıları ilk olaraq Şamaxı rayonunun mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda sərgiyə baxış keçirilib.

Konfransın plenar iclasında xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Plenar iclasda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun  rektoru professor Cəfər Cəfərov,  ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru,  «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəri, Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisiElman Quliyev, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxış ediblər. Tədbirdə “Mədəniyyət paytaxtı Şuşa” mövzusunda videoçarx nümayiş etdirilib.

Konfrans öz işini “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” və “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” bölmələrində davam etdirib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir” bölməsində sədrlik edib. Bu bölmədə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ceyhun Ağayev “Şanlı Zəfər Salnaməsinin tarixi, Qarabağın maddi-mənəvi irsinin bərpası” mövzusunda məruzə edib.

“Qarabağ ədəbi-mədəni mühiti və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” bölməsinə sədrlik edən Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, f.e.d.Elman Quliyev bölmədə “Çağdaş türk poeziyasında şuşanamələr milli-tarixi dəyərlər kontekstində” mövzusunda məruzə edib. Bölmədə həmçinin Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı “Şuşa xarici tədqiqatçıların əsərlərində”, İnstitutun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Aynurə Məmmədova “Qarabağın maddi və mənəvi abidələri” mövzusunda məruzə ediblər.

“Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” bölməsində Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.f.d. dosent Xumar Ələkbərova “Müasir Azərbaycan ədəbiyyatı tarixini yazanlar”, Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Elnarə Bünyatova “Türk dünyasının tarixi və mədəniyyəti”, Türk filologiyası şöbəsinin kiçik elmi işçilərindən Arzu Dadaşova “Tarixi romanlarda vətənpərvərlik duyğularının tərənnümü”, Aytən Tağıyeva “Türk tarixi postmodern romanların mövzusu kimi” mövzularında məruzələr ediblər.

Vüqar Məmmədov,

AMEA-nın Şərqşünaslıq İnstitutunun

ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru



Geri qayıt