Əsas Səhifə > REGİON > Ərdoğan : Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.

Ərdoğan : Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.


18-12-2023, 22:35

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər.

Xatırladaq ki, avqust ayında Ərdoğan artıq Türkiyənin Rusiya və Ukrayna arasında İstanbul danışıqları prosesinin bərpasına kömək etməyə hazır olduğunu bəyan etmişdi.



Geri qayıt