Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / REGİON > Nazir Sahil Babayev Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Nazir Sahil Babayev Şamaxı rayonunda vətəndaşları qəbul edəcək


18-12-2023, 14:38


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 22-də Şamaxı rayonunda həmin rayonun və İsmayıllı rayonunun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 13 - 15 dekabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.


Geri qayıt