Əsas Səhifə > XARİCİ XƏBƏR > İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub
İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub16-12-2023, 14:35 |
İranda xarici xüsusi xidmət orqanlarına, o cümlədən İsrailin "Mossad" kəşfiyyat orqanına casusluğa görə mühakimə olunmuş şəxs barəsində çıxarılan ölüm hökmü icra olunub. “Report” İSNA-ya istinadən xəbər verir ki, edam hökmü dekabrın 16-da səhər saatlarında icra olunub. Bildirilib ki, İranın Sistan-Bəlucistan əyalətinin məhkəməsi onu xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə edama məhkum etmişdi. İranın Ali Məhkəməsi hökmü təsdiqləyib Məlumata görə, İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik qrupunun nümayəndəsidir. Qeyd edək ki, dekabrın 14-də bu əyalətdə silahlı dəstə təhlükəsizlik qüvvələrinin qərargahına hücum edib. Hadisə nəticəsində 12 polis ölüb, 7-si yaralanıb. Müşahidəçilərin fikrincə, bu hadisədən sonra edam hökmünün icrası Sistan-Bəlucistan əhalisinə təhdid kimi qiymətləndirilir. Şəffaflıq.az Geri qayıt |